- Avropa çempionatı
- 16:27 02.04.2026
"Əl-Hilal" zədə səbəbindən ən azı 1 il yaşıl meydanlardan uzaq qalacaq hücumçusu Neymarla müqaviləni dayandırmaq istəyir.
90deqiqe.az xəbər verir ki, oktyabrın ortalarında ulduz oyunçu milli komanda ilə oyunda ciddi zədələnib. Ona çarpaz bağın və meniskinin yırtığı diaqnozu qoyulub və əməliyyat edilib. Braziliyalı oyunçunun sağalma müddəti təxminən 1 ilə yaxın olacaq. “Əl-Hilal” klubu bu səbəbdən 31 yaşlı forvardla müqaviləni müvəqqəti dayandırmağı nəzərdən keçirir. Bu addıma səbəb Ərəbistan təmsilçisinin qış transfer pəncərəsində legioner ilə müqavilə imzalamağa yer açmaq üçün etdiyi bildirilir. Bu qərar klub rəhbərliyi ilə baş məşqçi Xorxe Jezus arasında məsləhətləşmələrdən sonra verilib.
Qeyd edək ki, Neymar "Əl-Hilal"a avqustda PSJ-dən 90 milyon avroya keçib. O, Səudiyyə Ərəbistanı komandasında 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.