5 dekabr 2025. Cümə

Azərbaycan - İsveç matçı qadın hakimə tapşırıldı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə oyununu idarə edəcək qadın hakim Ester Ştaubli ilk dəfə kişilərdən ibarət əsas yığmaların matçında ədaləti qoruyacaq.

90deqiqe.az xəbər verir ki, 44 yaşlı referi 2006-cı ildən FIFA dərəcəsi alsa da, onun ilk beynəlxalq təyinatı 2008-ci ildə gerçəkləşib.

Təcrübəli hakim 2016-cı ildə Rio-de-Janeyro, 2021-ci ildə Tokio Yay Olimpiya Oyunlarında, 2013, 2017 və 2022-ci illərdə Avropa çempionatında, 2015, 2019 və 2023-cü illərdə isə dünya çempionatlarında iş başında olub.

Ştaubli daha əvvəl yalnız bir dəfə 17 yaşadək oğlanlardan ibarət yığmaların görüşünü idarə edib. İsveçrəli hakim 2017-ci ildə Hindistanda təşkil olunan dünya çempionatında Yaponiya - Yeni Kaledoniya (1:1) qarşılaşmasında ədaləti qoruyub.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb