5 dekabr 2025. Cümə

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı bilindi

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyunundan əvvəl mətbuat konfranslarının vaxtı bəlli olub.


İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı bilindi

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyunundan əvvəl mətbuat konfranslarının vaxtı bəlli olub.

90deqiqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 15-də, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Həmin gün saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdür.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb