5 dekabr 2025. Cümə

Çılğın gedişlər etməyi düşünmürük - Domeniko Tedesko

“Bizim üçün prioritet Azərbaycanla oyundur”.


Çılğın gedişlər etməyi düşünmürük -  Domeniko Tedesko

“Bizim üçün prioritet Azərbaycanla oyundur”.

90deqiqe.az-ın məlumatına görə, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək son oyun barədə danışarkən bildirib.

Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan italiyalı mütəxəssis həmin matçda müxtəlif rotasiyalardan istifadə edəcəyini də gizlətməyib: “Əlbəttə ki, nələrisə  bu görüşdə sınayacağıq. Amma çılğın gedişlər etməyi düşünmürük. Azərbaycanla görüşdə ehtiyac duyacağımız məqamları Serbiya ilə matçda sınayacağıq”.

Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb