5 dekabr 2025. Cümə

AÇ-2024-ün rəsmi topu təqdim edildi – FOTO

UEFA 2024-cü il Avropa çempionatının rəsmi topunu təqdim edib.


AÇ-2024-ün rəsmi topu təqdim edildi – FOTO

UEFA 2024-cü il Avropa çempionatının rəsmi topunu təqdim edib. 

90deqiqe.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, topun dizaynının futbol sevincindən və turnirin enerjisindən ilhamlandığı bildirilib.

Top hər bir hərəkətinin oxunmasını təmin edən və VAR-ın köməyi ilə hakimin qərar vermə prosesini asanlaşdıran xüsusi texnologiya ilə təchiz olunub.

Top qara, sarı, qırmızı və yaşıl rənglərdə, üçbucaqlı naxışlı qanad formaları ilə ağ rəngdə hazırlanıb. Topun üzərində AÇ-2024-ə ev sahibliyi edən hər bir şəhərin adı ilə yanaşı, bütün turnirin stadionlarının illüstrasiyaları əks olunub.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb