- Avropa çempionatı
- 11:12 05.11.2024
“Martda Azərbaycan millisinə qarşı oynamışdıq".
90deqiqe.az saytı xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson deyib.
61 yaşlı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçiriləcək görüşdə hədəflərinin 3 xal qazanmaq olduğunu vurğulayıb: “İlk görüşün birinci hissəsində çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.
Təcrübəli çalışdırıcı “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da toxunub: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hekken” sonluğu uğurlu başa vuracaq”.