5 dekabr 2025. Cümə

Səfərdə oynamaq həmişə çətindir - Lindelöf

“Azərbaycan millisinə qarşı uğurlu çıxış edib, çətin anlar yaşatmaq istəyirik”.


Səfərdə oynamaq həmişə çətindir - Lindelöf

“Azərbaycan millisinə qarşı uğurlu çıxış edib, çətin anlar yaşatmaq istəyirik”.

90deqiqe.az saytı xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Lindelöf deyib.

29 yaşlı müdafiəçi AÇ-2024-ün seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçiriləcək görüşdə hədəflərinin yalnız qələbə olduğunu bildirib: “Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq rəqibə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik. Hədəfimiz əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq olacaq”.

"Mançester Yunayted"də çıxış edən müdafiəçi səfərdə oynamağın onlara çətinlik yaradacağını gizlətməyib:: “Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb