- Avropa çempionatı
- 11:12 05.11.2024
“Hədəfimiz qrupu birinci pillədə başa vurmaqdır. Bunun üçün də son oyunda mütləq qələbə qazanmalıyıq”.
90deqiqe.az xəbər verir ki, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunöncəsi deyib.
İtaliyalı mütəxəssis komandamızdan çəkindiyini bildiriib: “Azərbaycandan ehtiyatlı olmalıyıq. Rəqib bizə qarşı necə oynamaq lazım olduğunu bilir. Onların məşqçisi bizə problem yaratmağın yollarını bilir. Ümid edirəm ki, oyun zamanı tribunalar dolu olacaq və biz də azarkeşlərimizi qələbə ilə sevindirəcəyik”.
38 yaşlı çalışdırıcı qarşılaşmanın oynanılacağı Brüsseldəki “Kral Boduen” stadionunun ot örtüyü ilə bağlı sualı da cavablandırıb: “Orada açıq məşq etməyə çalışdıq, amma yağış başladığı üçün meydana çıxmaq çətin oldu. Meydançanın vəziyyətini bazar günü görəcəyik”.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.