- Avropa çempionatı
- 16:27 02.04.2026
“Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən"
90deqiqe.az xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Koen Kastels Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.
31 yaşlı qapıçı 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatına da iddialı yollanacaqlarını bildirib: “Qrup birincisi olmaq imkanı bizə əlavə motivasiya verir. Təbii ki, Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən. Əvvəlcə isə ilkin mərhələdə olan rəqiblərdən üstün olmaq lazımdır. Yağışla əlaqədar sabah meydan yaş ola bilər ki, bu da çətinlik yaradır. Üstəlik, dünəndən Avropa çempionatının yeni topları ilə məşq edirik. Yağışda buna öyrəşmək vaxt tələb edir”.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.