5 dekabr 2025. Cümə

Mbappe'dən 300-cü qol

Fransa AVRO-2024-ün seçmə qrup mərhələsinin IX turunda Cəbəllütariqi məğlub edib (14:0).


Mbappe'dən 300-cü qol

Fransa AVRO-2024-ün seçmə qrup mərhələsinin IX turunda Cəbəllütariqi məğlub edib (14:0). 90deqiqe.az xəbər verir ki, həmin görüş "xoroz"ların hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Sözügedən qarşılaşmada het-trikə edən 24 yaşlı oyunçu karyerasında 300-cü qoluna imza atıb. O, bu qollardan 27-ni "Monako", 227 qolu PSJ, 46 qolu isə Fransa millisinin forması ilə rəqib qapılarından keçirib.

Kilian cari mövsüm paytaxt təmsilçisinin heyətində Liqa 1-də və Çempionlar Liqasında ümumilikdə 15 oyuna çıxıb, 15 qol vurub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb