- Avropa çempionatı
- 20:40 06.02.2026
"SofaScore" tətbiqi AVRO-2024-ün seçmə mərhələsinin IX turunun rəmzi heyətini açıqlayıb.
90deqiqe.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü – Şahruddin Məhəmmədəliyev və Rahil Məmmədov da "11-lik"də yer alıb.
Xatırladaq ki, yığmamız sözügedən turda doğma azarkeşlər önündə İsveçi 3 cavabsız qolla məğlub etmişdi. Azərbaycan bu gün turnirin sonuncu – X turu çərçivəsində səfərdə Belçika ilə üz-üzə gələcək.
Millimiz hazırda F qrupunun turnir cədvəlində 7 xalla 4-cü sırada qərarlaşıb.
