5 dekabr 2025. Cümə

Domeniko Tedesko: Avropa çempionluğunu xəyal edə bilərlər

“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar olmalı və çox çalışmaqda davam etməliyik”.


Domeniko Tedesko: Avropa çempionluğunu xəyal edə bilərlər

“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar olmalı və çox çalışmaqda davam etməliyik”.

90deqiqe.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Almaniyada keçiriləcək final mərhələsinə qədər üstün cəhətlərini təkmilləşdirmək istədiklərini bildirib: “Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.

Çalışdırıcı qarşılaşmada poker müəllifi olan hücumçu Romelu Lukakunu tərifləyib: “Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.

Qeyd edək ki, Belçika yığması F qrupunda 20 xalla birinci yeri tutub. Azərbaycan millisi isə 7 xalla qrupu 4-cü pillədə tamamlayıb







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb