23 oktyabr 2024. Çərşənbə

Millimizlə oyunda rekordu yenilədi


Millimizlə oyunda rekordu yenilədi

AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasının evdə Azərbaycana 5:0 hesablı qələbəsi birincilərin hücumçusu Romelu Lukaku üçün əlamətdar olub. 90deqiqe.az xəbər verir ki, sözügedən matçda pokerlə töhfə verən ulduz futbolçu tarixi rekorda imza atıb.

O, seçmə mərhələni 14 qolla başa vurmağı bacarıb. Bununla Lukaku bir tsikldə ən çox qol vuran oyunçu ünvanına yiyələnib. Belçikalıya qədər rekord şimali irlandiyalı Devid Hili (AVRO-2008) və polşalı Robert Levandovskiyə (AVRO-2016) məxsus idi. Onlar bir seçmə mərhələdə rəqib qapılarından 13 top keçirmişdilər.

Belçika yığmasında ümumi qol sayını 83-ə çatdıran Lukaku həm də avropalılar arasında ən məhsuldar üçüncü yığma oyunçusu olub. O, Polşa yığmasında 81 dəfə fərqlənən Robert Levandovskini geridə qoyub.

Bu baxımdan rekordçu Portuqaliya yığmasında 128 qol vuran Kriştiano Ronaldodu. İkinci pillədəki Ferens Puşkar yığma Macarıstan və İspaniya millilərində ümumilikdə 84 dəfə fərqlənib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?