5 dekabr 2025. Cümə

“Təəssüf ki, qol vura bilmədim”

“Dünya çempionatından əvvəl zədələrlə bağlı çətin bir il keçirmişdim. İndi hər şey başqa cürdür. Transfer oldum, çoxlu oyunlarda iştirak etdim və işlər dəyişdi. Baş məşqçi mənə güvənir”.


“Təəssüf ki, qol vura bilmədim”

“Dünya çempionatından əvvəl zədələrlə bağlı çətin bir il keçirmişdim. İndi hər şey başqa cürdür. Transfer oldum, çoxlu oyunlarda iştirak etdim və işlər dəyişdi. Baş məşqçi mənə güvənir”. 90deqiqe.az xəbər verir ki, bunu Belçika millisinin yarımmüdafiəçisi Ceremi Doku AVRO-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı 5:0 hesablı qələbə gprüşündən sonra deyib.

21 yaşlı hücumameyilli oyunçu Azərbaycanla matça ciddi yanaşdıqlarını bildirib: “Azərbaycanla matça da ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektiv oynadı. İki məhsuldar ötürmə verdim. Təəssüf ki, qol vura bilmədim. Əsas odu ki, komandamın qələbəsinə kömək etdim”.

Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci pillədə tamamlayıb. Azərbaycan millisi isə 7 xalla dördüncü yeri tutub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb