5 dekabr 2025. Cümə

AVRO 2024-ün mükafat fondu bəlli olub

Qitə yarışında çempion yığmaya nə qədər pul veriləcək?


AVRO 2024-ün mükafat fondu bəlli olub

Qitə yarışında çempion yığmaya nə qədər pul veriləcək?


Almaniyada keçiriləcək AVRO-2024-ə yollanacaq 24 komandadan artıq 21-i məlumdur. Digər 3 kollektivin adı isə UEFA Millətlər Liqasında baş tutacaq pley-offdan sonra bəlli olacaq. 


90deqiqe.az xəbər verir ki, turnirə qatılacaq komandalar şəxsi sponsorları ilə yanaşı, UEFA-dan da mükafat alacaqlar. Son məlumatlara əsasən UEFA qitə birinciliyinin mükafat fondunu 301 milyon avrodan 371 milyon avroya çıxarıb. Turnirdə iştirak edən kollektivlərin hər birinə 9,25 milyon avro veriləcək. Qrupda qazanılacaq hər qələbəyə 1,5 milyon, bərabərliyə görə isə 750 min avro təqdim olunacaq. 1/8 finala 2 milyon, 1/4  finala 3,25 milyon, yarım finala 5 milyon, finala yüksələn komandalara 7 milyon avro təqdim olunacaq. Çempion kollektiv 10 milyon avro aldığı halda, bütün matçları qalib tamamlayaraq zəfərə çatan seçməyə 34 milyon avro müküfat veriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb