14 dekabr 2025. Bazar günü

De Byazi: 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram

"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var"


De Byazi: 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram

"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var"

90deqiqe.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni de Byazi "Tuttomercato" nəşrinə açıqlamasında deyib. 67 yaşlı çalışdırıcı nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını vurğulayıb:

"Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FİFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda, İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq".

De Byazi işləməyə davam etmək istədiyini deyib: "Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.

Bildirək ki, bu gün Azərbaycan millisi De Byazi ilə yollarını ayırıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb