18 iyul 2026. Şənbə

37 yaşlı ulduz millidən gedir

“Milan”ın hücumçusu Olivye Jiru milli karyerasını sonlandırır.


37 yaşlı ulduz millidən gedir

“Milan”ın hücumçusu Olivye Jiru milli karyerasını sonlandırır. 90deqiqe.az xəbər verir ki, bunu 37 yaşlı forvard özü açıqlayıb.

Fransa millisinin üzvü AVRO-2024-ü qazanacaqları təqdirdə karyerasını başa vuracağını söyləyib: “Mən sadəcə Avropa çempionluğunu qazanmaq üçün darıxıram. Qalib gəlsək, millidən gedəcəyəm. Yəqin ki, turnirin qalibi olmasaq belə, bu baş verəcək”.

Qeyd edək ki, Jiru Fransa millisinin heyətində 129 oyunda 56 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat