- Avropa çempionatı
- 15:35 16.11.2025
“Real”ın və Belçika millisinin qapıçısı Tibo Kurtua gələn il keçiriləcək Avropa çempionatında oynamayacaq.
90deqiqe.az xəbər verir ki, bu barədə 31 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımına bu sözləri yazıb:
“Klubum Real Madrid mənim tam sağalmağımı və mümkün qədər tez qayıtmağımı istəyirdi. Mənə göstərdikləri etibara xəyanət edə bilmərəm. Ona görə də özümü sıxıb Avropa çempionatına getməyəcəm. Əvvəlcə 100% bərpa olunmalıyam.”
Avqust ayında qolkiperin sol dizinin ön çarpaz bağı yırtılmışdı və hazırda reabilitasiya mərhələsindədir.
Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.