- Avropa çempionatı
- 15:35 16.11.2025
İngiltərə hökuməti “Uembli”də, Avro-2020 finalında İtaliya və İngiltərə milli komandaları arasında keçirilən oyunla bağlı aparılan araşdırmadan sonra futbol matçlarına biletsiz girişlə mübarizə üçün yeni qanunlar tətbiq etmək üçün təzyiqə məruz qalıb.
90deqiqe.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumatda, hazırda saxta biletlə və ya zorla stadionlara girməyə cəhd edənlərə qarşı cinayət cəzası nəzərdə tutulmadığı vurğulanıb. Məhz buna görə də millət vəkilləri bu məsələnin cəzaya imkan verən qanun layihəsi ilə həll olunmasını tələb edirlər.
Komitə öz hesabatında ingils azarkeşlərinə qarşı rəftarı “rüsvayçılıq” adlandırıb və polislə daha sıx əməkdaşlığa ehtiyac olduğunu bildirib.