21 sentyabr 2024. Şənbə

Bu dəfə AÇ-da iştirak etməkdə israrlıdır

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Marko Roys 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyi haqda danışıb.


Bu dəfə AÇ-da iştirak etməkdə israrlıdır

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Marko Roys 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyi haqda danışıb.

90deqiqe.az xəbər verir ki, “Sport1.de” saytına açıqlamasında 34 yaşlı futbolçu bu sözləri deyib:

“Əlbəttə, yayda keçiriləcək Avropa çempionatında iştirak etmək istərdim.Nəhayət, hər kəsin öz çıxışı ilə Avropa çempionatının zirvəsinə qalxmaq öz əlindədir.Ancaq hər hansı bir proqnoz vermək üçün turnirə hələ çox vaxt var. Hazırda bütün diqqətimi “Borussiya”ya yönəltmişəm”.

Qeyd edək ki, təcrübəli oyunçu bu mövsüm Roys 22 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Almaniya millisi ilə yalnız Avro-2012 və DÇ-2018-nin iştirakçısı olub.  Digər mötəbər yarışları isə aldığı ağır zədələr səbəbindən buraxıb.

Əlavə edək ki, bu il Almaniyada keçiriləcək Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.







Avropa çempionatı

Avstraliya millisi baş məşqçisiz qaldı
  • Avropa çempionatı
  • 12:20 20.09.2024
Avstraliya millisi baş məşqçisiz qaldı
Tanınmış qapıçı karyerasını bitirdi
  • Avropa çempionatı
  • 21:49 11.09.2024
Tanınmış qapıçı karyerasını bitirdi
Xesus Navas milli karyerasını bitirdi
  • Avropa çempionatı
  • 17:58 29.08.2024
Xesus Navas milli karyerasını bitirdi