25 noyabr 2024. Bazar ertəsi

Avstriya millisinin baş məşqçisi Ranqnik Alabanın durumundan danışdı

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik ötən ilin dekabrında zədələnən "Real"ın müdafiəçisi David Alabanın sağalma prosesindən danışıb.


Avstriya millisinin baş məşqçisi Ranqnik  Alabanın durumundan danışdı

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik ötən ilin dekabrında zədələnən "Real"ın müdafiəçisi David Alabanın sağalma prosesindən danışıb.

90deqiqe.az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçunun gələn ilin yayında baş tutacaq Avro-2024-də sağalmağa vaxt tapacağına ümid etdiyini bildirib.

"Onunla telefonla danışdım, o, çox optimist və inamlı idi. Təbii ki, onun 2024-cü il Avropa çempionatına vəsiqə qazanması məsələsi son ana qədər həll olunmayacaq. Amma mən hesab edirəm ki, o, düzgün yoldadır", - Ranqnikdən sitat gətirib Mundo Deportivo.

Xatırladaq ki, avstriyalı müdafiəçinin İspaniya çempionatının 17-ci turunun “Vilyarreal”la oyununda (4:1) çarpaz bağları qopmuşdu. Daha əvvəl mediada Alabanın reabilitasiyasının futbolçunun dizindəki əlavə zədə səbəbindən gecikəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

31 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.O, Los Blancosun heyətində 17 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb