- Avropa çempionatı
- 11:12 05.11.2024
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatında mümkün qalibi olmanın və karyerasında 1000 qol hədəfinə çatmağı haqda fikirlərini bölüşüb.
90deqiqe.az-ın məlumatına görə,38 yaşlı superulduz bildirib.
"Mən futbol tarixinin bombardiriyəm, ona görə də 900 və ya 1000 qol fərqi yoxdur. 1000-dən əvvəl 900 top hədəfinə çatmalıyam və insanlar mindən danışır, sanki mən artıq buna nail olmuşam.Mən indiki zamanda yaşayıram. AVRO-2024-də qalib olmaq, əlbəttə ki, düşündüyüm məqsəddir. Buna nail olmaq üçün hər şeyimiz var. Seçmək məcburiyyətində olsaydım, avronu qazanmağı seçərdim.Min faiz."
Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib. O, millinin heyətində isə 205 matçda iştirak edib və 128 qol vurub.