- Avropa çempionatı
- 11:12 05.11.2024
Kamerun millisinin və "Mançester Yunayted"in qapıçısı Andre Onana milli komandanı tərk etməyi düşünür.
90deqiqe.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb Onananın Kamerun millisinin Afrika Millətlər Kubokunda 1/8 finala vəsiqə qazanana qədər keçirdiyi dörd oyundan dörd oyundan yalnız birində iştirak etməsindən narazı olması olub. 27 yaşlı futbolçunun Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto'o ilə də ziddiyyətli münasibətləri var.
Xatırladaq ki, Onana artıq Kamerun millisindəki karyerasını başa vurmuşdu. Bu, 2022-ci ilin dekabrında, Kamerun millisinin DÇ-2022-də iştirakı zamanı baş verib. Daha sonra Onana komandanın baş məşqçisi Riqobert Sonqla münaqişəyə görə millidən uzaqlaşdırılıb.
Afrika Millətlər Kubokunun 1/8 finalında Kamerun yığması Nigeriyaya 2:0 hesabı ilə uduzub.