30 iyun 2026. Çərşənbə axşamı

"Ukrayna millisi güclü rəqibdir" - Dzeko


"Ukrayna millisi güclü rəqibdir" - Dzeko

"Fənərbağça"nın və Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko martın 21-də Ukrayna millisi ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı forvard sözügedən matçı səbirsizliklə gözlədiyini bildirib.

"Ukrayna güclü rəqibdir. Bizim onlarla rəqabət aparmaq imkanımız var idi və biz nə gözlədiyimizi bilirik. Bununla belə, evdə, azarkeşlərimizin önündə oynayırıq və irəliləmək şansımız var. Ukrayna millisi kifayət qədər güclüdür, oyunçuları Avropa klublarında oynayır və bu, ümumi oyunlarına təsir edir. AVRO-2024-ə çıxmaq üçün mütləq əlimizdən gələni edəcəyik"

Xatırladaq ki, bu cütün qalibi pley-off finalında İslandiya və ya İsraillə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat