20 dekabr 2025. Şənbə

“Problem yaratdığım üçün həqiqətən çox təəssüflənirəm" - Son


“Problem yaratdığım üçün həqiqətən çox təəssüflənirəm" - Son

Cənubi Koreya millisinin və İngiltərə "Tottenhem"inin futbolçusu Son Hın Min milli komanda yoldaşı, eyni zamanda PSJ-də də çıxış edən Li Kanq İnlə mübahisəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçu belə bir səhvə yol verdiyi üçün təəssüfləndiyini bildirib.

“Problem yaratdığım üçün həqiqətən çox təəssüflənirəm və milli komandanın böyüməsi üçün daha çox çalışacağam. Eyni vəziyyət təkrarlansa, yenə eyni şeyi edərdim, çünki bu, kapitanın vəzifələrindən biridir. Kanq In bu hadisədən sonra çox çətin dövr keçir. Biz onun qayğısına qalacağıq ki, o, bir daha bu səhvə yol verməsin ki, hamımız böyüyə bilək. Xahiş edirəm onu ​​bağışlayın”, – Min sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, İordaniya ilə yarımfinaldan əvvəl Li Kanq və bəzi oyunçular stolüstü tennis oynamaq üçün komandanın şam yeməyindən ayrılıblar. Bu, onlardan qayıtmalarını xahiş edən kapitan Son Hın Min xoşuna gəlməyib, lakin cavab olaraq oyunçular "Tottenhem" oyunçusuna qarşı kobud davrandıblar və bu, dava ilə nəticələnib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb