22 aprel 2026. Çərşənbə

İki il yarımdan sonra milliyə qayıtdı

"Real Madrid"in almaniyalı yarımmüdafiəçisi Toni Kroos AVRO-2024-dən əvvəl milli komandaya qayıtdığını açıqlayıb. 


İki il yarımdan sonra milliyə qayıtdı

"Real Madrid"in almaniyalı yarımmüdafiəçisi Toni Kroos AVRO-2024-dən əvvəl milli komandaya qayıtdığını açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçu AÇ-da komandanın heyəti ilə çıxış edəcəyini bildirib.

“Mart ayından yenidən Almaniyada oynayacağam. Niyə? Çünki baş məşqçi bu barədə məni dəvət etdi. Mən buna hazıram və əminəm ki, bizi Avropa çempionatında azarkeşlərin gözlədiklərindən daha çox şey gözləyir”, - Kroos sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, turnir bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarımmüdafiəçi 2020-ci il Avropa çempionatından dərhal sonra millini tərk edib.

Kroos 11 il (2010-2021) milli komandada çıxış edib. Bu müddətdə yarımmüdafiəçi 106 matçda iştirak edib, 17 qol vurub. Futbolçu 2014-cü ildə dünya çempionu olub.

Bu mövsüm Kroos "Real"ın heyətində bütün turnirlərdə 33 oyun keçirib və bu oyunda 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 14 milyon avrodur.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb