- Avropa çempionatı
- 22:32 24.10.2024
"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi 2024-cü il Avropa Çempionatınında çıxış edə bilər.
90deqiqqe.Az xəbər verir ki, bu barədə jurnalist Adrian Sançez sosial şəbəkələrdə məlumat verib.
O, Qavinin sağalmasının birinci mərhələsi uğurla başa vurduğunu və futbolçunun Avro-2024-də iştirakı 100% istisna olmadığını bildirib.
Qeyd edək ki, Avropa çempionatı bu ilin iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Xatırladaq ki, mavi qranatlı yarımmüdafiəçi Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin noyabr ayında İspaniya və Gürcüstan yığmaları arasında keçirilən matçda (3:1) çarpaz diz bağından və yanal meniskindən zədələnmişdi. Bu mövsüm Qavi "blaugrana"nın heyətində 15 matçda iştirak edib, onlardan 13-ü start heyətində. Son mövsümdə ispan yarımmüdafiəçi "Barselona"nın heyətində La Liqada 36 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.