- Avropa çempionatı
- 15:35 16.11.2025
Çili yığmasının baş məşqçisi Rikardo Qareka "Şeffild Yunayted"in hücumçusu Ben Breretonu heyətə daxil etməməsini səbəbi açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, çalışdırıcı 24 yaşlı futbolçudan ispan dilini öyrənməsini istədiyini bildirib.
"Mən onun ispan dilini öyrənməsini istərdim - düşünürəm ki, bu vacibdir. Ben iki il əvvəl Amerika Kubokuna çağırılıb və bu dildə danışmaq üçün kifayət qədər vaxtı olub.
Mən şəxsən ona bu barədə məlumat verdim. Bunu ünsiyyət üçün zəruri hesab edirəm - mənimlə və məşqçilər korpusu ilə, komanda yoldaşlarımla, azarkeşlərlə və mətbuatla.Həqiqətən Çili millisində oynamaq istəsə, dili öyrənəcək."
Martda Çili millisi Fransa və Albaniya komandaları ilə yoxlama oyunları keçirəcək.