- Avropa çempionatı
- 15:35 16.11.2025
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska çətin ki, Hollandiya və Fransa ilə yoldaşlıq oyunları üçün Almaniya millisinə çağırılsın
90deqiqe.Az xəbər verir ki, Bundesmanşaftın baş məşqçisi Julian Naqelsmann 29 yaşlı futbolçunun yerinə komanda yoldaşı, 19 yaşlı yarımmüdafiəçi Aleksandr Pavloviçdən istifadə etmək istəyir.
Xatırladaq ki, mart ayında beynəlxalq fasilə 2024-cü il Avropa çempionatı öncəsi sonuncu olacaq - turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Qoretzka 2014-cü ildən Almaniya millisinə çağırılıb. Leon Almaniya millisinin üzvü kimi 2017-ci ildə Konfederasiyalar Kubokunda qızıl medal qazanıb.
Bu mövsüm Goretzka "Bavariya"nın heyətində bütün yarışlarda 30 oyun keçirib və bu matçlarda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.