14 dekabr 2025. Bazar günü

Gürcüstan millisindən inamlı qələbə


Gürcüstan millisindən inamlı qələbə

Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin C yolunun 1/2 final mərhələsinin pley-off matçında Lüksemburq yığmasını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüşdə qonşularımız inamlı qələbə qazanıb (2:0).

Gürcüstan millisinə qələbə qazandıran qolları 41 və 64-cü dəqiqələrdə Budu Zivzivadze dubla imza ataraq qazandırıb. Qonaqlarda isə 58-ci dəqiqədə Maksim Şanoya qırmızı vərəqə alaraq meydandan qovulub.

Avro-2024-ün seçmə mərhələsinin C yolunun pley-off mərhələsinin finalında Gürcüstan Yunanıstan-Qazaxıstan matçının qalibi ilə qarşılaşacaq. Qalib Avroda F qrupunda Portuqaliya, Çexiya və Türkiyə komandaları ilə oynamaq hüququ qazanacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb