- Avropa çempionatı
- 11:12 05.11.2024
Premyer Liqanın ən yaxşı cinah oyunçularından olan "Arsenal"ın futbolçusu Bukayo Saka zədə səbəbindən İngiltərə millisindən ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
Belə ki, Bukayo martda İngiltərənin Braziliya və Belçika ilə yoldaşlıq görüşlərində iştirak etməyəcək.
Qeyd olunur ki, Saka artıq İngiltərə millisinə zədə ilə gəlmişdi və tam məşq edə bilməyib. O, indi "Arsenal"a qayıdır və burada reabilitasiyasının qalan hissəsini keçəcək.
Məşqçilər korpusu Bukayonun yerinə başqa futbolçu çağırmağı planlaşdırmır. Artıq martın sonunda, 31-də "Arsenal" Premyer Liqa çempionluğu uğrunda birbaşa rəqibə - "Mançester Siti"yə qarşı oynamalı olacaq.