22 dekabr 2025. Bazar ertəsi

"Onun təcrübəsi bizə kömək edəcək" - Kimmix


"Onun təcrübəsi bizə kömək edəcək" - Kimmix

Almaniya millisi və "Bavariya"nın futbolçusu Coşua Kimmix "Real"ın yarımmüdafiəçisi Toni Kroosun milliyə qayıtmasından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu Kroosun təcrübəsindən yararlanacaqlarını bildirib.

“Onun təcrübəsi bizə kömək edəcək. Hamı bilir ki, o, bir çox turnirlərdə çıxış edib. Toni necə uğur qazanacağını bilir”

Xatırladaq ki, Kroos 2021-ci ildən Almaniya millisində çıxış etmir. İndi o, qarşıdan gələn 2024-cü il Avropa çempionatında milli komandaya kömək etmək qərarına gəlib. Yeri gəlmişkən, turnirdə almanlar Şotlandiya, Macarıstan və İsveçrə yığmaları ilə eyni qrupda çıxış edəcəklər. Avro 2024 iyunun 17-dən iyulun 17-dək Almaniyada keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb