- Avropa çempionatı
- 20:17 27.02.2025
Ötən gecə keçirilən yoldaşlıq matçında San Marino millisi bərabərliyə imza ataraq antirekorda imza atıb.
90deqiqe.az xəbər verir ki, FIFA Dünya Reytinqində 210 komanda arasında sonuncu olan San Marino yoldaşlıq görüşündə Sent Kitts və Nevis ilə 0-0 bərabərə qalıb.
Qeyd edək ki, San Marino tarixi ərzində cəmi 1 qələbə qazanıb. 2004-cü ilin aprelində Lixtenşteyni 1:0 hesabı ilə məğlub edən Avropa komandası o vaxtdan bəri heç bir qələbə qazana bilməyib. Dünən gecə oynanan qarşılaşmada 10-cu heç-heçəsini qazanan San Marino 197 məğlubiyyətə imza atıb.