5 dekabr 2025. Cümə

AVRO 2024 pley-off turu : Gürcüstan Yunanıstana qarşı


AVRO 2024 pley-off turu : Gürcüstan Yunanıstana qarşı

Bu gün AVRO-2024ün son  3 iştirakçısının kimliyinə aydınlıq gələcək.

90deqiqe.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin pley-off turunun 3 finalından ilki Gürcüstanın paytaxtı Tiflisdə yerləşən “Boris Payçadze Dinamo Arena”da start götürəcək. Burada yerli komanda Yunanıstanla qüvvəsini sınayacaq. Qafqaz təmsilçisi liqasının pley-off mərhələsinin yarımfinalında Luksemburq seçməsini 2 cavabsız topla üstələməyi bacarıb. Yunanıstan isə doğma meydanda Qazaxıstana 5 qol vuraraq finala vəsiqəni təmin edib.

Meydan sahibləri üçün ən önəmli məqam cəzalı olduğu üçün Lüksemburqla matçda komandasına kömək edə bilməyən Xviça Kvaratsxeliya geri qayıtmasıdır. Qarşı cəhbədə də vəziyyət nikbindir.  Baş məşqçi Qus Poyetin gəlişi ilə yüksəlişə keçən Yunanıstan son 20 oyundan 12 qalibiyyətlə ayrılıb və 2012-ci ildən sonra yenidən Avropa səhnəsinə qayıtmağı hədəfləyir. Tərəflərin əvvəlki qarşıdurmalarına nəzər salsaq, dünya və avropa çempinonatarında qeydə alınan 8 matçda Gürcüstan rəqibi ilə bacarmayıb. Bu görüşlərdən 6-sında Yunanıstan qələbə qazanıbsa, 3 oyunda qalib müəyyənləşməyib. Bakı vaxtı ilə saat 21-də başlayacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb