14 iyul 2026. Çərşənbə axşamı

Lautaro Martinez 16 matçlıq qol orucunu pozub


Lautaro Martinez 16 matçlıq qol orucunu pozub

"İnter"in və Argentina millisinin hücumçusu Lautaro Martinez Kosta-Rika ilə yoldaşlıq oyununda (3:1) qol vuraraq 16 oyunluq qol orucunu pozub.

90deqiqe.az xəbər verir ki, ötən gecə Amerikanın Los-Anceles şəhərindəki "Los Angeles Memorial Koliseum" arenasında Argentina və Kosta-Rika milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. "İnter"in hücumçusu Martines bu görüşdə son qolu vuraraq hesabı 3:1 edib.

Argentinalı forvard üçün bu qol millidə son 17 matçda ilk olub. Beləliklə, Lautaro Argentina millisinin heyətində 16 matçlıq qol vurmadan seriyanı qırıb. Martinezin son qolu 2022-ci ilin sentyabrında Hondurasla matçda Argentina millisinin heyətində qol vurmuşdu.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat