27 iyul 2024. Şənbə

Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanan - Gürcüstan


Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanan - Gürcüstan

Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanan Gürcüstan millisi

90deqiqe.az xəbər verir ki, Gürcüstanda futbol ənənələri hələ sovet dövrünə dayanır. Bu ölkə SSRİ millisinə David Kipiani və Ramaz Şenqeliya kimi futbolçular verib. Dinamo Tbilisi isə iki dəfə ittifaq çempionu olub və Kuboklar kubokunu başı üzərinə qaldırıb. Ancaq müstəqillik illərində bir çox keçmiş sovet ölkəsində olduğu kimi Gürcüstanda da futbol geriləmə və durğunluq dövrünü yaşadı. Arda-arda həm milli, həm də klub səviyyəsində yaşanan uğursuzluqlar bu ölkəni üçüncü eşelon futbol ölkəsinə çevirdi.

Ancaq qonşularımız bu çətin vəziyyətdən çıxmağı bacardılar və qeyd etməliyik ki, bunu kifayət qədər qısa müddətdə etdilər. Gürcüstan futbolu son 6-7 ildə inkişaf edir. Bu ölkənin milli komandası ilk önəmli nəticəsini isə 2020-ci ildə qazanıb. Millətlər liqasında D liqasında qrup birinci olan və pley-off matçlarına vəsiqə qazanan Gürcüstan Belarus səddini keçsə də, final oyununda Şimali Makedoniyaya məğlub olaraq, qitə yarışına yollanmaq şansını son anda əldən verdilər. Bir çoxları bu nəticəni Gürcüstan üçün 10 ildə bir dəfə baş verə bilən qığılcım olaraq dəyərləndirdilər. Ancaq “xaçlılar” öz nəticələri ilə hamını təəccübləndirməyi bacardılar. Bu dövrdə gürcü futbolu dünya arenasına yeni bir ulduz adı – Xviça Kavaratsxeliyanı bəxş etdi. Gənc yaşlardan müxtəlif Avropa çempionatlarına səpələnən futbolçulardan qurulmuş heyət 2023/2024 mövsümünün Mİllətlər Liqasında C liqasında Bolqarıstan, Şimali Makedoniya və Cəbəllütariqlə oyunlarda 5 qələbə və 1 heç-heçə sayəsində qruplarını birinci bitirdilər. Talenin onlara verdiyi ikinci şansdan onlar maksimum istifadə etdilər. Luksemburqu Budu Zivzivadzenin dublu ilə keçən gürcülər həlledici görüşdə, doğma meydanda 25 min azarkeşin gözləri önündə Yunanıstanı penalti seriyasında məğlub edərək tarixində ilk dəfə qitə çempionatına vəsiqə qazandı. 2021-ci ildə bu yığmanın sükanı arxasına keçən Villi Sanyol bu zəfərin əsas memarıdır. Çöhkəm komanda formalaşdırmağı bacaran mütəxəssis Avropa çempionatları tarixinə Gürcüstan adını yazdırdı. Bu yığmanın uğuru həm də digər kiçik komandalara düzgün strategiya ilə qarşıya məqsədlər qoyduqda və əzmlə mübarizə apardıqda uğur əldə etməyin mümkünlüyünü göstərdi.







Avropa çempionatı

Pepe karyerasını başa vurur
  • Avropa çempionatı
  • 11:35 26.07.2024
Pepe karyerasını başa vurur
"İspaniya millisi çempionluğa layiq idi"
  • Avropa çempionatı
  • 15:31 22.07.2024
"İspaniya millisi çempionluğa layiq idi"
Xorvatiya millisindəki karyerasını başa vurdu
  • Avropa çempionatı
  • 22:00 21.07.2024
Xorvatiya millisindəki karyerasını başa vurdu
De Paul Messi haqqında danışıb
  • Avropa çempionatı
  • 12:48 19.07.2024
De Paul Messi haqqında danışıb
Tadiç milli karyerasını bitirdi
  • Avropa çempionatı
  • 15:28 18.07.2024
Tadiç milli karyerasını bitirdi