- Avropa çempionatı
- 15:35 16.11.2025
Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann 2024-cü il Avropa çempionatında yığmanın heyətinin necə olacağı haqda açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı, heyətdə çox cüzi dəyişiklərin ola biləcəyini bildirib.
“Əgər bütün futbolçular formada olsalar, o zaman heyətdə heç bir dəyişiklik etməyəcəyik. Nə on, nə də beş dəyişiklik nəzərdə tutulmur. Maksimum bir və ya iki oyunçu. Eyni zamanda, onlar indi komandada olanlardan daha yaxşı olmalıdırlar”
Xatırladaq ki, Almaniya millisi 2024-cü il Avropa çempionatının ev sahibidir. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.