5 dekabr 2025. Cümə

Naqelsmann Almaniya millisi ilə müqaviləsini uzadıb


Naqelsmann Almaniya millisi ilə müqaviləsini uzadıb

Julian Naqelsmann ev Avropa çempionatından sonra Almaniya millisinin baş məşqçisi olaraq qalacaq

90deqiqe.Az xəbər verir ki, bu qərarı DFB GmbH & Co şirkətinin müşahidə şurası və səhmdarlarının yığıncağı qəbul edib.

36 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə növbəti dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Naqelsmann bu hadisəni belə şərh edib:

"Bu ürəyin qərarıdır. Milli komandanı çalışdırmaq və ölkənin ən yaxşı futbolçuları ilə işləmək mənim üçün böyük şərəfdir. Uğurlu, ehtiraslı çıxışlar vasitəsilə bütün ölkəni ruhlandırmaq şansımız var. Martda Fransa və Hollandiya üzərində qazanılan iki qələbə bizə bunun dadını verdi. Azarkeşlərin coşqusundan çox təsirləndim. İndi biz hamımız birlikdə Avropa çempionatını evdə uğurla keçirmək istəyirik - bunu gözləyirik. Bundan sonra mən məşqçi komandamla birlikdə Dünya Çempionatına çağırışı səbirsizliklə gözləyirəm."

Naqelsmann Almaniya millisinə 2023-cü ilin sentyabrından rəhbərlik edir. Onun rəhbərliyi altında almanlar 6 oyun keçirib (3 qələbə, heç-heçə və 2 məğlubiyyət).







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb