- Avropa çempionatı
- 15:35 16.11.2025
Julian Naqelsmannın Almaniya Futbol Federasiyası ilə yeni müqaviləsindəki bəndlərdən biri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, 36 yaşlı çalışdırıcı Almaniya millisinin Avro-2024-ün pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə müqaviləyə xitam veriləcək.
Mütəxəssisin özü də bu məqama etiraz etməyib.
Qeyd edək ki, Naqelsmannın milli ilə müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədər uzadılıb.