27 iyul 2024. Şənbə

UEFA AÇ-2024-də çalışacaq hakimlərin adını açıqlayıb


UEFA AÇ-2024-də çalışacaq hakimlərin adını açıqlayıb

UEFA-nın mətbuat xidməti rəsmi saytında 2024-cü ildə keçiriləcək Avropa çempionatını idarə edəcək hakimlərin siyahısını dərc edib.

90deqiqe.Az-ın məlumatına görə,  UEFA Hakimlər Komitəsi bu yay Avropa çempionatının oyunlarını idarə edəcək 18 hakimi seçib: Artur Soares Dias (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida (İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzljak (Slovakiya), Fransua Letexier (Fransa), Denni Makkelie (Hollandiya), Şimon Marçiniak (Polşa), Xəlil Meler (Türkiyə), Qlenn Nyberg (İsveç), Maykl Oliver (İngiltərə), Daniele Orsato (İtaliya), Sandro Şerer (İsveçrə), Daniel Siebert (Almaniya) , Entoni Teylor (İngiltərə), Klement Turpin (Fransa), Slavko Vinçiç (Sloveniya), Feliks Zveyer (Almaniya).

Həmçinin, UEFA və KONMEBOL arasındakı razılaşmaya əsasən, argentinalı hakim Fakundo Tello iki köməkçisi ilə birlikdə Avro-2024-də çalışacaq.

Xatırladaq ki, Avro-2024-ün final hissəsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır. Həmin finalın taleyi penaltilər seriyasında həll olundu.







Avropa çempionatı

Pepe karyerasını başa vurur
  • Avropa çempionatı
  • 11:35 26.07.2024
Pepe karyerasını başa vurur
"İspaniya millisi çempionluğa layiq idi"
  • Avropa çempionatı
  • 15:31 22.07.2024
"İspaniya millisi çempionluğa layiq idi"
Xorvatiya millisindəki karyerasını başa vurdu
  • Avropa çempionatı
  • 22:00 21.07.2024
Xorvatiya millisindəki karyerasını başa vurdu
De Paul Messi haqqında danışıb
  • Avropa çempionatı
  • 12:48 19.07.2024
De Paul Messi haqqında danışıb
Tadiç milli karyerasını bitirdi
  • Avropa çempionatı
  • 15:28 18.07.2024
Tadiç milli karyerasını bitirdi