27 iyul 2024. Şənbə

Joze Mourinyo AÇ-2024-ün favoritlərini açıqladı


Joze Mourinyo AÇ-2024-ün favoritlərini açıqladı

Məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyo qarşıdan gələn Avropa çempionatında qələbəyə əsas namizədlərin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcının bu barədə fikirlərini təqdim edir:

“Portuqaliya, Fransa və İngiltərə. Bəli, sürprizlər olur. Amma bu komandalardakı oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda düşünürəm ki, Portuqaliya turnirə qalib gəlmək üçün gedir”, – Mourinyonun sözlərini Daily Mail sitat gətirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması Serbiya, Danimarka və Sloveniya ilə eyni qrupda çıxış edəcək. Fransa yığması Avstriya, Hollandiya və Polşa ilə eyni dördlükdə yer alıb. Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstanla qarşılaşacaq.

Mourinyonun son iş yeri ötən ilin yanvarında tərk etdiyi “Roma” olub.







Avropa çempionatı

Pepe karyerasını başa vurur
  • Avropa çempionatı
  • 11:35 26.07.2024
Pepe karyerasını başa vurur
"İspaniya millisi çempionluğa layiq idi"
  • Avropa çempionatı
  • 15:31 22.07.2024
"İspaniya millisi çempionluğa layiq idi"
Xorvatiya millisindəki karyerasını başa vurdu
  • Avropa çempionatı
  • 22:00 21.07.2024
Xorvatiya millisindəki karyerasını başa vurdu
De Paul Messi haqqında danışıb
  • Avropa çempionatı
  • 12:48 19.07.2024
De Paul Messi haqqında danışıb
Tadiç milli karyerasını bitirdi
  • Avropa çempionatı
  • 15:28 18.07.2024
Tadiç milli karyerasını bitirdi