25 noyabr 2024. Bazar ertəsi

Oliver Jiru: “Bu, mənim sonuncu turnirim olacaq”


Oliver Jiru: “Bu, mənim sonuncu turnirim olacaq”

"Milan"ın 38 yaşlı fransalı hücumçusu Oliver Jiru futbolda hazırkı arzusundan danışıb.

90deqiqe.Az “Milan News”a istinadən xəbər verir ki, fransalı ulduz futbolçu hazırkı xəyalının Fransa ilə Avropa Çempionatını qazanmaq olduğunu bildirib.

“38 yaşımda xəyallarım nələrdir? Ola bilsin ki, Fransa ilə Avropa Çempionatını qazanmaq. Bu, həm də mənim sonuncu turnirim olacaq. 2016-cı ildə evdə, finalda uduzduq və bu, məni hələ də narahat edir. Ola bilsin ki, 2016-cı ildə məğlub olmağımız 2018-ci ildə dünya çempionu adını qazanmağımıza kömək etdi. Milan və Fransa ilə Avropada ən yüksək səviyyədə başa vurmaq mənim üçün doğru zamanda doğru qərar idi”, - deyə O. Jiru qeyd edib.

Xatırladaq ki, Jirunun “Los-Anceles”lə 2025-ci ilə qədər müqavilə imzalamağa razı olduğu barədə məlumatlar yayılıb. Fransız futbolçu 2021-ci ilin yayından qırmızı-qaralıların formasını geyinir. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimidir. “Transfermarkt” internet portalına görə fransız forvardın dəyəri 4 milyon avrodur.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb