20 aprel 2026. Bazar ertəsi

Terziç  Hummelsin Avro 2024-ə çağrılmamasından danışdı


Terziç  Hummelsin Avro 2024-ə çağrılmamasından danışdı

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç komandanın müdafiəçisi Mats Hummelsin Almaniya baş məşqçisi Julian Naqelsmannın onu Avro-2024-ün heyətinə qatmamaq qərarına reaksiyasından danışıb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı milliyə dəvət alınmamağın 35 yaşlı futbolçunu məyus etdiyini bildirib.

“Mən hiss etdim ki, bu qərar Matsa təsir etdi. [Naqelsmann ilə] müzakirəsindən sonra o, çox məyus oldu. Mats mənə dedi ki, indi böyük məqsədimizə - Çempionlar Liqasını qazanmaq üçün əlimizdən gələni etməliyik”, - deyə Terziç “Reuters”dən sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Almaniya millisi 2024-cü il Avropa çempionatı üçün ərizə dərc etmişdi.Avro-2024-ün final hissəsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının hazırkı qalibi İtaliya komandasıdır. Almaniya millisi Avro-2024-ə səfərə A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb