20 aprel 2026. Bazar ertəsi

Ulduz futbolçu karyerasını başa vurur


Ulduz futbolçu karyerasını başa vurur

İspaniyanın "Real" klubunun və Almaniya millisinin futbolçusu Toni Kroos Avro-2024-dən sonra karyerasını başa vuracaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Real Madrid"in mətbuat xidmətinin rəsmi saytında bildirilib.

“Real Madrid" artıq "Kral”klubunun tarixinin bir hissəsinə çevrilmiş, klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən biri olan Toni Kroosa minnətdarlığını və sevgisini bildirir", - klubun açıqlamasında deyilir.

Xatırladaq ki, almaniyalı futbolçu 2014-cü ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 463 matçda iştirak edib (28 qol və 98 məhsuldar ötürmə). Bundan əvvəl futbolçu "Bavariya" və "Bayer"də də yaşıl meydanlara çıxıb.

34 yaşlı Kroos bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb