5 dekabr 2025. Cümə

"Mançester Yunayted"in ulduzu Avro-2024-ü buraxacaq


"Mançester Yunayted"in ulduzu Avro-2024-ü buraxacaq

"Mançester Yunayted"in vingeri Markus Reşford  Avropa çempionatı üçün İngiltərə yığmasına çağırılmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt  yaxın vaxtlarda açıqlayacağı komandanın iştirak ərizəsində 26 yaşlı Reşfordu heyətə daxil etməyəcək.

Reşford karyerası ərzində İngiltərə millisinin heyətində 60 matçda iştirak edib, 17 qol vurub və altı məhsuldar ötürmə edib. 2024-cü il Avropa çempionatı iyunun 14-də başlayacaq. İngiltərə Danimarka, Serbiya və Sloveniya ilə birlikdə C qrupunda mübarizə aparacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb