5 dekabr 2025. Cümə

Mbappe Paris Olimpiadasını buraxacaq?


Mbappe Paris Olimpiadasını buraxacaq?

Kilian Mbappenin avqust ayında "Real Madrid"ə qoşularaq, Paris Olimpiadasında iştirak etməyəcəyi ehtimal olunur. 

90deqiqe.Az "Sport"a istinadən xəbər verir ki, klub Mbappeyə həm Avropa Çempionatında, həm də Olimpiya Oyunlarında iştirak etmək üçün xüsusi bir istisna etməyəcəyini vurğulayıb.

Bu gün Parisdə FİFA tədbirində iştirak edən "Kral klubu"nun prezidenti Florentino Perezin, bu fürsətdən istifadə edərək Fransa prezidenti Emmanuel Makronla transferi müzakirə edəcəyi bildirilib. Klub, Mbappe'nin Avropa Çempionatından sonra qısa bir tətilin ardından heyətə qoşulmasını hədəfləyir.

Bu plan, Mbappenin Olimpiya Oyunlarında iştirak etməməsi ilə həyata keçiriləcək. "Real Madrid" mənbələri, onun Olimpiadada iştirak etməyəcəyinə inanır. Perez'in Parisdəki səyləri transfer yolunu açır və rəsmi açıqlama yaxın günlərdə gözlənilir.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb