23 iyun 2024. Bazar günü

AVRO-2024: Gürcüstan millisinin heyəti açıqlandı


AVRO-2024: Gürcüstan millisinin heyəti açıqlandı

Gürcüstan futbol millisinin AVRO-2024 üçün heyəti açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, adları açıqlanan futbolçuların arasında "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də yer alıb.
Gürcüstan milli komandasına aşağıdakı oyunçular daxildir:

Qapıçılar: Giorgi Mamardaşvili, Giorgi Loria, Luka Quqeşaşvili;

Müdafiəçilər: Solomon Kvervveliya, Giorgi Qvelesiani, Quram Kaşia, Cemal Tabidze, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Giorgi Qoçoleyişvili, Giorgi Tsitaişvili;

Yarımmüdafiəçilər: İrakli Kvekveşkiri, Giorgi Çakvetadze, Anzor Mekvabişvili, Jaba Kankava, Otar Kiteişvili, Giorgi Koçoraşvili, Levan Şengelia, Sandro Altunaşvili, Saba Lobjanidze;

Hücumçular: Bud Zivzivadze, Georges Mikutadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Kvilitaia.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsində birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək. Avropada qitə birinciliyi üçün heyətini açıqlayan ilk komanda Macarıstan millisi olub.







Avropa çempionatı

 Patrik Şik Zidan və Fernando Torresi qabaqladı
  • Avropa çempionatı
  • 19:50 22.06.2024
Patrik Şik Zidan və Fernando Torresi qabaqladı
Lunin Avropa çempionatının favoritini AÇIQLADI
  • Avropa çempionatı
  • 13:54 22.06.2024
Lunin Avropa çempionatının favoritini AÇIQLADI
“Gülər bir gün "Qızıl top"u alar”
  • Avropa çempionatı
  • 00:52 22.06.2024
“Gülər bir gün "Qızıl top"u alar”
"Hakan Çalhanoğlu çox təhlükəlidir" - Leau
  • Avropa çempionatı
  • 21:54 21.06.2024
"Hakan Çalhanoğlu çox təhlükəlidir" - Leau