5 dekabr 2025. Cümə

Serbiya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı


Serbiya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı

Serbiya Futbol İttifaqı komandanın hazırkı baş məşqçisi Draqan Stoykoviçlə müqaviləni uzadıb.

90deqiqe.Az xəbər verir ki, maraqlısı odur ki, bu, serblərin və Stoykoviçin vəsiqə qazandığı Avro-2024-ün başlamasına bir neçə həftə qalmış baş verib.

İndi Draqanın Balkan komandası ilə yeni müqaviləsi daha iki il - 2026-cı ilin yayına qədər qüvvədədir.

Stoykoviç üç ildən artıqdır ki, Serbiya millisinin sükanı arxasındadır – 2021-ci ilin martından. Onun rəhbərliyi altında serblər Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final hissəsində iştirak edib, burada qrupdan vəsiqə qazana bilməyiblər, həmçinin Avro-2024-ə birbaşa vəsiqə qazanıblar.

Qarşıdan gələn Avropa çempionatında Serbiya millisi İngiltərə, Danimarka və Sloveniya komandaları ilə C qrupunda mübarizə aparacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb