- Avropa çempionatı
- 11:12 05.11.2024
"Milan"dan çıxış edən hücumçu Olivye Jiru 2024-cü il Avropa çempionatının sonunda Fransa millisindən ayrılmağa qərar verib.
90deqiqe.Az "Lequipe"ə istinadən xəbər verir ki, təcrübəli forvard gənclərə yol vermək üçün bu addımı atdığını bildirib.
“Avro-2024-ün sonunda milli komandadan ayrılacam. Artıq gənclərə yol vermək vaxtıdır”
Xatırladaq ki, Olivye 2011-ci ildən Fransa millisində çıxış edir. Ümumilikdə 37 yaşlı forvard 131 oyun keçirib, 57 qol vurub və 16 məhsuldar ötürmə edib. 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol meydançalarında keçiriləcək.