5 dekabr 2025. Cümə

Spaletti İtaliya millisinin Avro-2024-dəki hədəfi haqda danışdı


Spaletti İtaliya millisinin Avro-2024-dəki hədəfi haqda danışdı

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-lə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, 65 yaşlı çalışdırıcı hədəflərinin azarkeşlər tərəfindən bu vacib turnirdə fəxr edilməsi olduğunu bildirib.

"Bu, hazırlaşmalı olduğumuz vacib turnirdir. Biz italyanların dəstəyini hiss edirik. Məqsədimiz azarkeşlərdən Avropa çempionatındakı çıxışımızla fəxr etdiklərini eşitməkdir”

İyunun 14-də Almaniyada Avropa çempionatı başlayır. Final qarşılaşması iyulun 14-də baş tutacaq. İtaliya millisi B qrupunda yer alıb və Almaniya, Xorvatiya və Albaniya yığmaları ilə qarşılaşacaq. Xatırladaq ki, İtaliya hazırkı Avropa çempionudur. Ötən turun əsas oyununda komanda İngiltərəni məğlub edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb